Azərbaycanda qara görə 2 matç təxirə salındı

azerbaycanda-qara-gore-2-matc-texire-salindi
Oxunma sayı: 1308

Futbol üzrə Azərbaycan I Divizionunun iki oyunu təxirə salınıb.

“Qafqazinfo” xəbər verir ki, XIII turun “Kəpəz” – “Qaradağ Lökbatan” və “Turan Tovuz” – “Sumqayıt – 2” görüşləri ertələnib.

Tovuzdakı qarşılaşma ötən gün 51-ci dəqiqədə qarın yağması səbəbindən yarımçıq dayandırılmışdı. Görülən bütün tədbirlərə baxmayaraq, yağıntı davam etdiyindən görüş təxirə salınıb.

Gəncədəki qarşılaşma da analoji hava şəraiti ilə əlaqədar baş tutmayıb.

Hər iki matçın yeni tarixi hələlik müəyyənləşməyib.