Azərbaycanda qardaş bacısını öldürdü

azerbaycanda-qardas-bacisini-oldurdu
Oxunma sayı: 6439

Samuxda qətl hadisəsi baş verib.

Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə Samuxun Hacallı kəndində qeydə alınıb.

Kənd sakini, 1984-cü il təvəllüdlü Cavad Həsənov bacısı, 1986-cı il təvəllüdlü Gülnarə Həsənovanı boğaz nahiyəsindən bıçaqlayıb. Qadın hadisə yerində ölüb. C. Həsənov isə polis tərəfindən saxlanılıb.

Məlumata görə, G. Həsənovanın bir övladı olub və o, həyat yoldaşından boşanıb. Hadisənin qısqanclıq zəminində törədildiyi ehtimal edilir.

Faktla bağlı Samux rayon Prokurorluğunda araşdırma aparılır.