“Azərbaycanda qaynaqla bağlı təhsil verəcəyik” - Hülya Gedik

azerbaycanda-qaynaqla-bagli-tehsil-vereceyik
Oxunma sayı: 1525

Oktyabrın 20-də Bakı Ekspo Mərkəzində 26-cı Azərbaycan Beynəlxalq İnşaat Sərgisi (“BakuBuild-2021”) öz işinə başlayıb.

“Qafqazinfo” xəbər verir ki, oktyabrın 22-dək davam edəcək sərgidə iştirak edən şirkətlərdən biri də Türkiyə Qaynaq sənayesinin bir nömrəli istehsalçısı olan “Gedik Kaynak”dır.

“Gedik Holdinq” İdarə Heyətinin sədri Hülya Gedik jurnalistlərə açıqlamasında Neftçalada yeni istehsal müəssisəsini açdıqlarını bildirib: ““Gedik Holdinq” olaraq Azərbaycanı öz evimiz kimi görürük və burada türk keyfiyyəti ilə yerli istehsala başladığımız üçün qürurluyuq”.

Hülya Gedik, həmçinin bildirib ki, Gedik Təhsil Fondu nəzdində təhsil sahəsində Gedik Test Mərkəzi və İstanbul Gedik Universitetinin təcrübəsini Azərbaycaa gətirəcək:

“Azərbaycanda qaynaq sektoru üçün peşə təlimləri verəcəyik. “Gedik Holdinq” təhsil və istehsal sahəsindəki bilik və bacarıqları ilə Türkiyədə olduğu kimi, Azərbaycanda da fərq yaradacaq. Biz öz ofisimizdə qaynaqla bağlı təhsil verəcəyik.Türkiyədəki müəllimlərimiz ya onlayn şəkildə, ya da bura gələrək qaynaqla bağlı təhsil verəcək. Bizim Türkiyədə mühəndisliklə bağlı ön planda olan İstanbul Gedik Unversitetimiz var. İstərdik ki,azərbaycanlı gənclər də gəlsinlər bizim Unversitetimizdə təhsil alsınlar.Unversitetimizi bitirən gənclərə iş imkanları da yaradırıq”.

Şirkət rəhbərinin sözlərinə görə, “Gedik Kaynak” Azərbaycanın qaynaq materialları bazarında bir nömrəli olmağı hədəfləyir: “Azərbaycan bazarına 5 milyon dollar investisiya qoymuşuq. Qarabağın yenidənqurulmasında da iştirak etmək istəyirik. Qarabağın bərpası ilə bağlı satışların artacağını nəzərə alaraq, bu rəqəmin 2-3 dəfə çoxalacağını düşünürük”.

Qeyd edək ki, “Gedik Holding”in təməli 1963-cü ildə qaynaq materialları istehsalçısı olaraq “Gedik Kaynak”la qoyulub. “Gedik Kaynak” bu illər ərzində ticari həyatını uğurla davam etdirib və sektorun liderinə çevrilib.