“Bu yaxınlarda çox dəhşətli bir faktın şahidi olduq. Ata öz qızını qumarda uduzmuşdu. İnanın ki, hələ də bundan özümə gələ bilmirəm".
“Qafqazinfo” xəbər verir ki, bunu Ombudsman Elmira Süleymanova Milli Məclisdə bu gün keçirilən "Ailə institutunun formalaşmasında adət-ənənələrimiz" adlı tədbirdə çıxışı zamanı dilə gətirib. Onun sözlərinə görə, ailə institutunun zəifləməsində ailə-məişət zorakılıqları, valideyn məsuliyyətsizliyi, boşanmalar, alimentin ödənilməməsi və digər amillər dayanır.
Təəssüflər olsun ki, boşanmalarlın sayı da getdikcə artmaqdadır."Ya görürsən oğlan, ər ailəsindən, ya da qız, gəlin ailəsindən ayrılır, boşanır. Hansı ki, əvvəllər bir qızın, oğlanın, gəncin boşanması xəbəri yayılanda bu, az qala cəmiyyətin ciddi rezonansına səbəb olurdu, günlərlə bu məsələ müzakirə edilirdi. İndisə bu məsələ az qala adiləşib. Bəs nə üçün belə oldu? Çünki bunun ilk səbəblərindən biri erkən nikahlardır, qızların özünün də erkən nikahlara məcbur edilməsidir.
Bununla yanaşı, digər problem xüsusilə, rayonlarda və kəndlərdə nikahların qeydiyyata alınmamasıdır. Bu, rayon və kənd yerlərində özünü çox ciddi şəkildə göstərir.
Həmçinin, ailə-məişət problemlərinin, boşanmaların kökündə dayanan ciddi problemlərdən biri narkomaniya, qumardır. Bu yaxınlarda çox dəhşətli bir faktın şahidi olduq. Ata öz qızını qumarda uduzmuşdu. İnanın ki, hələ də bundan özümə gələ bilmirəm".
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər