Azərbaycanda qripə qarşı vaksin vurduranların sayı açıqlanıb

azerbaycanda-qripe-qarsi-vaksin-vurduranlarin-sayi-aciqlanib
Oxunma sayı: 1553

Ötən ilin dekabr ayının 15-dən etibarən ölkə üzrə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində 20 701 nəfər qrip xəstəliyinə qarşı vaksin olunub. 

Bu barədə "Qafqazinfo”ya Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”ndən (TƏBİB) bildirilib.

Rəsmi məlumata görə, Səhiyyə Nazirliyi tərəfindən alınan vaksinlər Niderland istehsalıdır. 

Bildirilib ki, TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov, İcraçı direktorun müavini Araz Nəsirov, İcraçı direktorun müşaviri Pərvin Əkbərov, struktur bölmə rəhbərləri və əməkdaşlar qripə qarşı vaksin olunublar. 

Qeyd edək ki, 2022-2023-cü il qış mövsümü üçün Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən Avropa regionunda influenza epidemiyası elan olunub.