“Azərbaycanda qürurverici bir gün yaşadıq” - Ərdoğan

azerbaycanda-qururverici-bir-gun-yasadiq
Oxunma sayı: 1173

“Əziz qardaşım Prezident İlham Əliyevin dəvəti ilə getdiyimiz səfəri xeyirlisi ilə başa vurduq. Can Azərbaycanda, həqiqətən, qürurverici bir gün yaşadıq”.

“Qafqazinfo” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasında deyib.

“Azərbaycanlı gənclərimizin həyəcanı, coşqusu, orada gördüyümüz mənzərə bizi çox xoşbəxt etdi. “Tək millət, iki dövlət şüarı ilə Bakıda yeni bir “Tək festival” ənənəsi başlatmağın həyəcanını yaşadıq.

Bunun digər türk dövlətlərindən də eyni şəkildə bir çağırış alacağını görürəm. Beləcə, Azərbaycanın 28 May Müstəqillik Gününü möhtəşəm bir tədbirlər taclandırmış olduq.

Türkiyə xaricində ilk dəfə can Azərbaycanda təşkil edilən “TEKNOFEST”in təqdim etdiyi texnologiya şənliyinin bütün iştirakçılarının könüllərini fəth etdiyini gördük. Xüsusən gələcəyimizin təminatı olan gənclərimizin festivala böyük marağından məmnunluq duyduq”, - Prezident bildirib.