Azərbaycanda reanimasiyada olan koronaviruslu xəstələrin sayı açıqlandı

azerbaycanda-reanimasiyada-olan-koronaviruslu-xestelerin-sayi-aciqlandi
Oxunma sayı: 1781

Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) Azərbaycanda koronavirusla bağlı ötən günə olan statistik göstəriciləri açıqlayıb.

"Qafqazinfo" xəbər verir ki, məlumata əsasən hazırda ölkədə 8644 nəfər aktiv koronavirus xəstəsi var.

Onlardan 361 nəfər reanimasiyada, 58 nəfər isə süni tənəffüs cihazındadır.

Ümumilikdə 25 113 nəfər virusa yoluxub, 16 150 nəfər sağalıb.

Qeyd olunub ki, ötən gün 8217 test edilib. Yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ümumilikdə 584 466 test aparılıb.