“Azərbaycanda rumıniyalı məşqçilərə ehtiyac var” - “Xəzər Lənkəran”ın keçmiş üzvü

azerbaycanda-ruminiyali-mesqcilere-ehtiyac-var
Oxunma sayı: 1078

“Xəzər Lənkəran”dan ayrılan rumıniyalı müdafiəçi Adrian Skarlatake ölkəsinin mətbuatına açıqlama verib. “Qafqazinfo” xəbər verir ki, o, Azərbaycandakı karyerasından danışıb.

Skarlatake həmçinin rumıniyalı məşqçilərə Azərbaycanda böyük maraq olduğunu bildirib: “Mənim müəyyən təkliflərim var. Amma iddialı komandaya keçmək istəyirəm. Avrokuboklarda çıxış edən bir komandada oynamaq fikrindəyəm. Bir-iki klubla danışıqlarımız olub. Azərbaycanda rumıniyalı məşqçilərə ehtiyac var. Məsələn, “Neftçi” Marius Şumudiça ilə maraqlanırdı. O, çox yaxşı məşqçidir və Azərbaycan klubuna xeyir verə bilər. Dorinel Muntyanu və Mirça Rednik kimi məşqçilər orada işlədi. Düşünürəm ki, məşqçilər də, futbolçular da hər an bu ölkəyə gedə bilər”.