Sahibkar ANS PRESS-in bölgə müxbirinə verdiyi məlumata görə, 6 ildir yerli fermerlərdən məhsul alıb, soyuducu anbarlarına qoyaraq, qışa qədər saxlayır. Bu il bütün məhsulunu Göyçayın Potu kəndi ərazisində olan soyuducu anbara təhvil verib. Soyuducu anbarın sahibi Fazil Hüseynov ondan 300 ton məhsulun müqabilində 51 min manat, yəni hər 10 kq-na 1,70 m pul alıb. Əvəzində müqavilə bağlamasa da, söz verib ki, məhsulu hər il olduğu kimi qışa qədər saxlayacaq.
Hər il mütəxəssis nəzarətində olan soyuducu anbar bu il mütəxəsisin yoxluğu üzündən məhsulları batırıb. Soyuducu anbarın düzgün işləməməsi, saxlama kameralarında mövcud soyuq temperaturun olmamasında məhsulların hamısı xarab olub.
Fermerlər deyir ki, soyuducu anbarın 5 kamerası var. Hər kameraya hər il 200 ton məhsul yığmaqla, illik tutumu 800-1000 ton arası olur. Bu ildə ümümmilikdə kəndlilərin 800 tonluq xurma məhsulu məhv olub.
Qarşı tərəf Fazil Hüseynov dekabrdan Göyçayı tərk edib. O, müəssisəyə gəlmədiyindən indi fermerlər onlara dəyən 130 min manat məbləği geri ala bilmir. Məhsullar isə anbarın həyətinə tökülür.
Qarşı tərəflə telefonla əlaqə saxladıq. O, deyilənləri inkar edərək, vaxtında kəndliləri xəbərdar etdiyini və onlardan 51 min manat almdığını bildirib. Üstəlik onların ona borclu olduğunu da əlavə edib. Anbarda faktiki heç bir işçi olmasa da, orada hər gün işçilərin işlədiyini bildirib. Dəyən ziyanı isə ödəməyəcəyini qeyd edib.
Son xəbərlər
Son Xəbərlər