Azərbaycanda satınalmalar portalına dair səlahiyyətli qurumlar müəyyənləşdi

azerbaycanda-satinalmalar-portalina-dair-selahiyyetli-qurumlar-mueyyenlesdi
Oxunma sayı: 1492

Prezident İlham Əliyev “Dövlət satınalmaları haqqında” Fərmana dəyişiklik edib.

“Qafqazinfo” xəbər verir ki, həmin qanunun 50-2.2-ci maddəsində “orqan (qurum)” dedikdə öz səlahiyyətləri daxilində İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ədliyyə Nazirliyi, Mərkəzi Bankı nəzərdə tutulur.

Qeyd edək ki, sözügedən maddədə satınalan təşkilat tərəfindən tenderdə iştirakla bağlı bu qanunla nəzərdə tutulan sənədlər barədə məlumatın əldə edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya ehtiyatları (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunan hədlərdə dövlət satınalmalarının vahid internet portalına inteqrasiya olunur.