Azərbaycanda saxlanılan erməni diversantlara baş çəkilib

azerbaycanda-saxlanilan-ermeni-diversantlara-bas-cekilib
Oxunma sayı: 2343

İnsan Hüquqları üzrə Müvəkkil (Ombudsman) Səbinə Əliyeva və Milli Preventiv Qrupun (MPQ) üzvləri erməni diversantlara baş çəkiblər.

Bu barədə “Qafqazinfo”ya Ombudsman Aparatından mlumat verilib.

S. Əliyeva və MPQ-nin üzvləri tərəfindən həmin müəssisələrdə saxlanılan digər şəxslərlə yanaşı, həbs olunmuş Ermənistan vətəndaşları da fərdi qaydada qəbul edilib, müraciətləri dinlənilib. Həmin şəxslərə hüquqları üzrə müraciət mexanizmləri ilə bağlı öz dillərində qanunvericilik aktları təqdim edilib.

Başçəkmələr çərçivəsində onların saxlanma şəraiti - kameraların vəziyyəti, ölçüsü, işıqlandırma, havalandırma, şəxsi gigiyena və sanitariya şəraiti, tibbi xidmət, qidalanma məsələləri yerində araşdırılıb.

Sistemli keçirilən başçəkmələr zamanı həmin şəxslərə münasibətdə qanunvericiliyin tələblərinə riayət edildiyi, hüquqlarının, lazımi tibbi və psixoloji xidmətin təmin olunduğu müşahidə edilib. Eyni zamanda, qəbul edilmiş şəxslərin saxlanma şəraiti, rəftar, telefon əlaqələri, yazışmalar, kənardan məlumat əldə etmək imkanlarının (televiziya, nəşrlər), tibbi xidmətin çatımlı olması ilə bağlı heç bir şikayətlərinin olmadığı müəyyən edilib.

Saxlanılan şəxslər üçün kameralarda bədii ədəbiyyat və informasiya materiallarının (həmçinin öz dillərində) olması, həmin şəxslərə Beynəlxalq Qırmızı Xaç Komitəsinin nümayəndələri ilə də maneəsiz görüş imkanlarının yaradıldığı müşahidə olunub.