Azərbaycanda saxlanılan erməni qaytarıldı

azerbaycanda-saxlanilan-ermeni-qaytarildi
Oxunma sayı: 1147


"Qafqazinfo"ya daxil olan məlumata görə, bu şəxs Azərbaycanın Qazax şəhəri ilə Ermənistanın İcevan şəhəri arasında yerləşən yolda, beynəlxalq sərhəddə Ermənistan rəsmilərinə təhvil verilib.

Repatriasiyadan əvvəl, BQXK-nın nümayəndələri saxlanma şəraitini və onunla necə davranıldığını qiymətləndirmək üçün mülki şəxsə baş çəkmişlər. Təşkilatın nümayəndələri, həmçinin onun Ermənistandakı ailə üzvləri ilə də əlaqə saxlamışlar.

BQXK, neytral vasitəçi qismində və öz mandatına uyğun olaraq, Azərbaycanın və Ermənistanın hakimiyyət orqanları ilə birgə bu repatriasiyanın keçirilməsinə yardımçı oldu. İnternə olunmuş şəxs, BQXK nümayəndələrinə geri qayıtmaq arzusunu təsdiqləyib.

Cenevrə Konvensiyalarına əsaslanan mandatına uyğun olaraq BQXK, Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar regionda 1992-ci ildən bəri fəaliyyət göstərir.