Azərbaycanda sənaye üsulu ilə üzümün yetişdirilməsində - Yenilik-Foto

azerbaycanda-senaye-usulu-ile-uzumun-yetisdirilmesinde
Oxunma sayı: 1901

17-ci “Caspian Agro” Beynəlxalq Kənd Təsərrüfatı sərgisində postsovet məkanında ilk dəfə olaraq ölkəmizdə üzümün mexaniki üsulla becərilməsi və yığılması texnologiyası nümayiş etdirilir.

“Qafqazinfo” xəbər verir ki, qlobal kənd təsərrüfatı texnika markası olan “New Holland” “Braud 9090X” modelli üzümyığan kombaynları ilə Azərbaycanda üzümçülük və şərab emalı sənayesində bir ilkə imza atıb.                                         

“Braud” kombaynları sənaye üsulu ilə yetişdirilmiş üzüm bağlarında istifadə edilir. Müasir intesiv bağlarda məhsuldarlıq yüksək, məhsul yığımı mövsümü isə qısa olduğundan yığımın mexaniki üsulla həyata keçirilməsi daha səmərəlidir. “New Holland” kombaynları artıq sizə minimum vaxtda maksimum yığım əldə etmək imkanı yaradır”.

Bu sözləri açıqlamasında “New Holland” şirkətinin regional direktoru Styuart Kempbell bildirib. S.Kempbell qeyd edib ki, “Braud” kombaynları bütün üzüm növlərində məhsuldarlığı optimallaşdırmaqda xüsusi rol oynayır: “IntelliView III” toxunma ekranı ilə inteqrasiya olunmuş intellektual idarəetmə sistemi bütün əsas kombayn funksiyalarına tam girişi təmin edir. Onu da qeyd edim ki, texnika  sadəcə 8 saat ərzində 198 ton  üzüm yığmaqla rekorda imza atıb. Bu da yeni texnologiyanın ənənəvi yollarla həyata keçirilən üzümyığımı ilə olan fərqinə  əyani sübutdur. “Braud” kombaynı hər hektara 8-12 ton 99 faizi tullantılardan təmizlənmiş saf məhsul əldə etmək potensialına malikdir”.

Onu da vurğulayaq ki, fermerlər kombaynı 40 faiz dövlət subsidiyası, faizsiz və sərfəli lizinq şərtləri ilə “traktor.az” vasitəsilə əldə edə bilərlər.