Azərbaycanda “Skype”ın fəaliyyəti məhdudlaşdırıldı- - Nazirlikdən açıqlama

azerbaycanda-skypein-fealiyyeti-mehdudlasdirildi-
Oxunma sayı: 3521


"Qafqazinfo" “Report”a istinadən xəbər verir ki, internet istifadəçiləri tərəfindən daxil olan çoxsaylı şikayətlər əsasında məlum olub ki, "Skype" əlavəsinə giriş etmək üçün fərdi kompüter və mobil qurğular vasitəsi ilə "login"- daxilolmanı həyata keçirmək çətinləşib. Yəni, istifadəçi "login" yerinə ad və şifrəni daxil edərkən proqram bəzi hallarda açılmır. 

Həmçinin, günün əvvəlindən açıq olan əlavə (artıq "Skype"da olan istifadəçilər) vasitəsilə mətn, şəkillərin göndərilməsi də xeyli çətinləşib. İstifadəçilər qeyd edirlər ki, VPN və "Proxy" proqramları vasitəsilə "Skype"dan maneəsiz istifadə etmək mümkündür. 

Maraqlıdır ki, bu problem günorta saatlarından Azərbaycandakı bir sıra internet provayderlərinin şəbəkəsində müşahidə olunur. Həmçinin bildirilir ki, proqrama daxilolma uğurla həyata keçirilibbsə, sonrakı mərhələdə - proqramın işində problem əsasən yaranmır. Lakin veb-brauzer vasitəsi ilə login.skype.com səhifəsinə daxil olmaq xeyli çətinləşib.

***

Məsələ ilə bağlı Rabitə və yüksək texnologiyalar nazirinin müşaviri Müşfiq Əmirov “Qafqazinfo”ya açıqlama verib. O bildirib ki, hazırda Skype-da hər hansı problem yoxdur: “Biz yoxladıq, işlək vəziyyətdədir. Skype beynəlxalq proqram olduğu üçün ola bilsin ki, şəbəkə daxilində hər hansı problem yaranıb. Ona görə də ayrı-ayrı istifadəçilər sistemə girişdə məhdudiyyətlərlə rastlaşıblar”.