Azərbaycanın tanınmış şoumeni, “Bakılı oğlanlar” Şən və Hazırcavablar Klubunun keçmiş üzvü Murad Dadaşovun obyekti ötən gecə qarət olunub.
Qafqazinfo milli.az saytına istinadən xəbər verir ki, Səbayel rayon istiqlaliyyət küçəsindəki şirniyyat məmulatlarının satışı və sifarişini həyata keçirən Côte d`Azur mağazası qarət olunub. Mağazanın şüşələri naməlum şəxslər tərəfindən sındırılıb. Mağazanın əməkdaşları və polis içəri daxil olmağa izacə verməyiblər. Hələlik mağazadan pul və ya şirniyyatın aparılması məlum deyil.
Qeyd edək ki, M. Dadaşovun sözügedən şirniyyat mağazası bahalı dükanlardan hesab olunur. Müştərilərin bildirdiyinə görə, buradan tort sifariş vermək bir neçə min manata başa gəlir.
Son xəbərlər
Son Xəbərlər