“Azərbaycanda sürücülük mədəniyyəti yoxdur” - “Sabah”ın baş məşqçisi

azerbaycanda-suruculuk-medeniyyeti-yoxdur
Oxunma sayı: 1954

“Sabah”ın rusiyalı baş məşqçisi Murad Musayev ölkəsinin mətbuatına müsahibə verib. “Qafqazinfo”nun məlumatına görə, o, Bakıda gündəlik həyatından söz açıb.

M.Musayev Azərbaycanda sürücülərin yol hərəkəti qaydalarını pozmasından danışıb:

“Krasnodarda hər kəsin öz zolağı var və onlar sakitcə hərəkət edirlər. Amma Bakıda 4 zolaqdan 6-nı, 3-dən 5-ni düzəldirlər. Hamı zolaqlar arasında dönməli siqnalı olmadan manevr edir. Azərbaycanda sürücülük mədəniyyəti yoxdur. Buna öyrəşməyim uzun sürdü. Mən artıq yerli mentaliteti, adət-ənənəni başa düşürəm. Sadəcə iki şeyi anlamıram: sürücülük tərzi və hakimliyi”.