Azərbaycanda təhlükəli xəstəlik yayılıb

azerbaycanda-tehlukeli-xestelik-yayilib
Oxunma sayı: 1717


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, yerli sakinlərin sözlərinə görə, heyvanların dırnağı soyulur, bədənində yumru şişlər əmələ gəlir, iştahasızlıq yaranır. Artıq mal-qara arasında bir neçə ölüm faktı da qeydə alınıb.
 
Cəlilabad Baytarlıq İdarəsinin rəisi Vidadi Əliyev faktları təsdiqləyib. O bildirib ki, rəhbərlik etdiyi qurumun əməkdaşları hazırda rayonun Alar kəndində və Biləsuvar rayonu ilə həmsərhəd kəndlərdə müayinələrə başlayıblar. Alar kəndində 24 baş mal-qarada xəstəlik aşkar olunub.
 
V. Əliyev deyib ki, iyulun 17-də Respublika Baytarlıq Xidmətinin əməkdaşları rayona ezam olunacaq.
 
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin rəisi Siyalə Rüstəmova isə bildirib ki, epizootik durumla bağlı sabah məlumat olacaq: “Biz sabah bu haqda məlumat verəcəyək. Həmin informasiyalar yalandır. Çünki heyvanlar arasında bir dənə də ölüm faktı yoxdur. İndi laborotor müayinələr aparılır. Biz diaqnozu müəyyənləşdirdikdən sonra məlumat verəcəyik”.