Azərbaycanda telefonla internetə girənlərin sayı artıb

azerbaycanda-telefonla-internete-girenlerin-sayi-artib
Oxunma sayı: 647

Azərbaycanda internetdən istifadə etmək üçün mobil telefonlardan istifadə ilin əvvəli ilə müqayisədə 6 faizə qədər artıb.

“Qafqazinfo” Azərtac-a istinadən xəbər verir ki, 2017-ci ilin yanvar ayında bu göstərici 53,58 faiz idisə, iyunda 59,51 faizə çatıb. Eyni zamanda internetdən istifadədə stolüstü kompüterlər və noutbukların payı da 6 faizə qədər azalıb. İlin əvvəlində stasionar kompüterlərin payı 42,53 faiz olduğu halda, bu rəqəm iyunda 36,91 faizə enib. Ötən ilin ilk 6 ayı ilə müqayisədə mobil internet ölkədə 12 faizə qədər yüksəlib.

Azərbaycanda mobil telefonlardan istifadə payı dünya göstəricilərini 7 faizə qədər üstələyir. Belə ki, bu ilin birinci yarısına dünya üzrə mobil internetdən istifadə 53 faizə bərabər olub.