Azərbaycanda toyda 16 yaşlı qız alkoqoldan zəhərləndi

azerbaycanda-toyda-16-yasli-qiz-alkoqoldan-zeherlendi
Oxunma sayı: 6472

Tovuzda zəhərlənmə hadisəsi baş verib.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Azaflı kəndində qeydə alınıb.

Belə ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü F.Ə. (ad şərtidir) huşsuz vəziyyətdə xəstəxanaya yerləşdirilib. Dərhal yeniyetmə qıza yardım edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə F.Ə. toyda alkoqollu içkidən zəhərlənərək şoka düşüb. 

Faktla bağlı araşdırma aparılır.