Qusar rayonunda qətl hadisəsi baş verib.
“Qafqazinfo”nun APA-ya istinadən məlumatına görə, hadisə rayonun Xural kəndində baş verib.
Kənddə keçirilən toy məclisində aralarında yaranan mübahisə zəminində 1982-ci il təvəllüdlü kənd sakini Ağabəyov Ramik Adil oğlu həmkəndlisi Ulubəyov İlqar Aydəmir oğlunu sındırılmış şüşə butulka ilə vuraraq qətlə yetirib.
Faktla bağlı Qusar rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırmalar aparılır.
Son xəbərlər
Son Xəbərlər