“Qafqazinfo” xəbər verir ki, Qobu kəndinin Məmmədyarov küçəsində yaşayan Nazim Ağaəliyev bu gün səhər evində marqaqlı hadisə ilə qarşılaşıb. Səhər saatlarında Nazim kişi toyuq hininə girərkən gözlərinə inanmayıb. Onun toyuqlarından biri qara rəngdə yumurta yumurtlayıb. Ev sahibi belə bir hadisə ilə ilk dəfə qarşılaşdığını deyib.
Qeyd edək ki, bir neçə gün bundan öncə Şəkidə də oxşar hadisə baş verib. Belə ki, ev sahibi Qurban Həsənov səhər toyuqlarının yumurtasını götürmək üçün hinə gedəndə çaşbaş qalıb. O, yumurtalardan birinin boz rəngdə olduğunu görərək təəcüblənib.
Son xəbərlər
Son Xəbərlər