“Qafqazinfo” xəbər verir ki, səsvermə yerli vaxtda səhər saat 08:00-da başlayıb və 17:00-da başa çatacaq.
Seçkilər çərçivəsində yalnız iyulun 9-dək Mərkəzi Seçki Komissiyasının (MSK) saytında onlayn qeydiyyatdan keçmiş Türkiyə vətəndaşları səs verə biləcəklər.
Səsvermədə Azərbaycanda yaşayan 15 536 Türkiyə vətəndaşından 6305-i iştirak edəcək. Onlardan 5611 nəfəri Bakıda, 291-i Naxçıvanda, 403-ü isə Gəncədə səs verəcək.
Prezident seçkilərinin ikinci turu keçiriləcəyi halda, Azərbaycanda səsvermə avqustun 17-də baş tutacaq.
Qeyd edək ki, Türkiyədə prezident seçkiləri bu il avqustun 10-na təyin edilib. Namizədlərdən heç biri səslərin 51 faizini toplaya bilməsə, avqustun 24-də ikinci tur keçiriləcək.
Son xəbərlər
Son Xəbərlər