Azərbaycanda universitet təsisçisi beynəlxalq axtarışa verildi

azerbaycanda-universitet-tesiscisi-beynelxalq-axtarisa-verildi
Oxunma sayı: 1632


Məlumatda qeyd olunur ki, 40 yaşlı Riyad Əliyev dələduzluqda təqsirli bilinir. Azərbaycan hüquq-mühafizə orqanları ölkədən qaçdığı üçün onun barəsində dövlətlərarası axtarış elan edib və saxlanılması üçün İnterpola müraciət olunub.

Hazırda R. Əliyevin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Qeyd edək ki, R. Əliyev Təfəkkür Universitetinin təsisçilərindən biridir. O, universitetin Kiyev filialının rektoru olub.