Azərbaycanda uşaq ölümü azalıb

azerbaycanda-usaq-olumu-azalib
Oxunma sayı: 1548

Azərbaycanda 1990-cı illə müqayisədə 5 yaşdan aşağı olan uşaqlar arasında ölüm halları azalıb.

"Qafqazinfo"nun APA-ya istinadən məlumatına görə, bu barədə UNİCEF və Dünya Səhiyyə Təşkilatının illik hesabatında deyilir.

Bildirilir ki, ölüm halları hər 1000 doğuşa 105 nəfərdən 32 nəfərə düşüb.

Hesabatda Azərbaycan 32-ci yerdə qərarlaşıb.

Ümumilikdə 1990-cı ildən uşaq ölümü iki dəfə azalıb. Lakin “Minilliyin inkişaf planı”nda göstərildiyi kimi dünya 5 yaşadək olan uşaqlar arasında ölüm hallarının sayını 2/3 hissəsinə qədər azaltmaq hədəflərinə çatmayıb.