Azərbaycanda himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə (himayədar valideyn) olmaq istəyən ailələrin (şəxslərin) uçotu aparılacaq.
“Qafqazinfo” xəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan və plenar iclasa tövsiyə edilən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb
Dəyişikliklə Ailə Məcəlləsinə yeni 142-1-ci maddə əlavə edilir.
Yeni maddəyə əsasən, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan himayədar ailələrə verilmiş uşaqların və himayədar ailə olmaq istəyən şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın informasiya sistemi üzərindən dövlət qurumlarının apardığı elektron informasiya ehtiyatlarından (məlumat bazaları, məlumat-axtarış sistemləri, reyestrlər və digər informasiya resursları) istifadə etməklə onların vahid uçotunu bu maddənin tələbləri nəzərə alınmaqla elektron formada aparacaq.
Məcəllənin 142-1.1-ci maddəsində qeyd edilən vahid informasiya bazasında aşağıdakı məlumatlar əks olunmalıdır:
- Himayədar ailələrə verilmiş uşaqların soyadı, adı, atasının adı, cinsiyyəti, doğum tarixi, doğulduğu yer, FİN-i, qeydiyyat ünvanı, vətəndaşlığı və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) soyadı, adı, atasının adı, FİN-i, qeydiyyat ünvanı, faktiki yaşadığı ünvan;
- Himayədar ailələrə verilmiş uşaqların və himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) sağlamlıq vəziyyəti barədə məlumatlar;
- Uşağın əvvəllər qəyyumluğa (himayəyə), himayədar ailəyə və ya övladlığa verilib-verilməməsi barədə məlumatlar;
- Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) təhsili (peşəsi), iş yeri, vəzifəsi barədə məlumatlar;
- Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) məhkumluğunun olub-olmaması barədə məlumatlar;
- Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) yaşayış şəraiti, gəlirləri və maliyyə öhdəlikləri barədə məlumatlar;
- Himayədar valideyn olmaq istəyən şəxsin (şəxslərin) əvvəllər qəyyum (himayəçi), himayədar valideyn və ya övladlığa götürən şəxs olub-olmaması barədə məlumatlar;
- Uşağın himayədar ailəyə verilməsi barədə müqavilənin müddəti barədə məlumat.
Zaur Mirzə
Son xəbərlər
Son Xəbərlər