Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

azerbaycanda-vaksinasiya-ile-bagli-son-veziyyet
Oxunma sayı: 1233

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2 587 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 1350, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 180, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 907, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 150 nəfərdir.