Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət

Azərbaycanda vaksinasiya ilə bağlı son vəziyyət
Oxunma sayı: 1119

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 885 vaksin vurulub.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 245, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 152, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 422, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 66 nəfərdir.