“Azərbaycanda vaksin ehtiyatı qədərincədir və heç bir korluq yoxdur”.
“Qafqazinfo” xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev Azərbaycanda epidemioloji vəziyyətlə bağlı keçirdiyi mətbuat konfransında danışıb.
“Vətəndaşları 3-cü, “buster” doza peyvənd olunmağa çağırıram. Hazırda “sinovac”, “pfizer” və digər peyvəndlərə müraciət var. Bu, hər bir vətəndaşımızın öz seçimi ilə bağlıdır.
“Turkovac” vaksini ilə bağlı Azərbaycanda 3-cü faza sınaqlarla bağlı razılıq əldə olunub. Bununla bağlı əlavə məlumat veriləcək”.
Gülnar Əliyeva
Son xəbərlər
Son Xəbərlər