Azərbaycanda vətəndaş polislə prokurora qalib gəldi

azerbaycanda-vetendas-polisle-prokurora-qalib-geldi
Oxunma sayı: 5960


 “Qafqazinfo”xəbər verir ki, T.Ç. ad-soyadlı şəxsə Nizami rayon Polis İdarəsinin İstintaq şöbəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi başlanıb. T.Ç-nın hüquqlarını müdafiə edən vəkil ona bəraət verilməsinə çalışıb və buna nail olub. Nizami rayon Məhkəməsi T.Ç.-ya bəraət verib. Məhkəmə qərarı ilə razılaşmayan ittihamçı prokuror apellyasiya şikayəti verib. Hər iki məhkəmədə (Nizami rayon məhkəməsi və Bakı Apellyasiya Məhkəməsi) ittihamı müdafiə edən prokuror təqsirləndirilən şəxsə 2 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzası istəyib. Lakin Bakı Apellyasiya Məhkəməsi bəraət hökmünü qüvvədə saxlayıb. 

Qeyd edək ki, polisin və prokurorluğun iddiasına görə vətəndaşın üzərindən narkotik maddə 6 mart 2013-cü ildə tapılıb. Ötən 1 ildən artıq müddətdə T.Ç. haqqında həbs qətimkan tədbiri yox, sadəcə başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Onu da bildirək ki, T.Ç.-nın hüquqlarını Azərbaycanın tanınmış vəkillərindən biri qoruyub.

Elçin Əhliman