Azərbaycanda vəzifəli şəxs intihar etdi

azerbaycanda-vezifeli-sexs-intihar-etdi
Oxunma sayı: 7737


“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, Şirvan şəhəri Natəvan küçəsi 61 ünvanında yaşayan 1968-ci il təvəllüdlü Kərimov Rəmzi Elxan oğlu özünü həyətində yerləşən üzüm çardağından asaraq intihar edib.

Məlumata görə, intihar edən şəxs “Azərbaycan Dəmir Yolları” QSC-nin Şirvan şəhərində yerləşən idarələrindən birində baş mühasib vəzifəsində çalışırmış.

Faktla bağlı Şirvan Şəhər Prokurorluğunda araşdırma aparılır.