Daxil olarkən onun üzərində iki bıçaq yarası aşakarlanıb. Əməliyyat olunub, hər iki yara tikilib. Xəstə hal-hazırda reanimasiya şöbəsindədir.
“Qafqazinfo” Kəpəz TV-yə istinadən xəbər verir ki, İlqar Həsənovun kim tərəfindən bıçaqlandığı məlum deyil. Hazırda Gəncə şəhər Baş Polis İdarəsində bu istiqamətdə araşdırmalar aparılır.
Qeyd edək ki, zərərçəkənin atası Namiq Həsənov "Gəncə Avtovağzal" ASC-nin sədridir.
Son xəbərlər
Son Xəbərlər