Azərbaycanda Xalq artisti vəfat etdi

azerbaycanda-xalq-artisti-vefat-etdi
Oxunma sayı: 7132

Azərbaycanın Xalq artisti, tanınmış bəstəkar, professor Sevda İbrahimova bu gün 83 yaşında vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, o, tarzən, Xalq artisti Qurban Primovun nəvəsi, xalq yazıçısı Mirzə İbrahimov və pianoçu Sara Primovanın qızıdır.

Bülbül adına Musiqi Məktəbini fərqlənmə diplomu ilə bitirən Sevda İbrahimova iki ali musiqi təhsili alıb. O, Azərbaycan Dövlət Konservatoriyasının fortepiano və bəstəkarlıq fakültəsini bitirib.