Azərbaycanda xizək alpinizmi üzrə ilk yaşanacaq

azerbaycanda-xizek-alpinizmi-uzre-ilk-yasanacaq
Oxunma sayı: 2338

Azərbaycan ilk dəfə xizək alpinizmi üzrə Dünya Kubokuna ev sahibliyi edəcək.

Azərbaycan Qış İdman Növləri Federasiyasından (AQİNF) “Qafqazinfo”ya verilən məlumata görə, bu yarışın ölkəmizdə keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanlanan müraciət müsbət qarşılanıb.

ISMF-nin təqviminə salınan Dünya Kubokunun 2025-ci il yanvarın 11-12-də “Şahdağ” Turizm Mərkəzində təşkili nəzərdə tutulub.