Azərbaycanda yarım milyonluq oğurluq

azerbaycanda-yarim-milyonluq-ogurluq
Oxunma sayı: 5665


Bakıda yüksək vəzifəli məmurun mənzili qarət edilib. Nərimanov rayonu, A.Heydərov küçəsində yaşayan Oqtay Məmmədovun mənzilindən 200 min dollar oğurlanıb. 

Cinayət ailə üzvləri mənzildə olmayan zaman törədilib. Nərimanov Rayon Polis İdarəsindən Milli.Az-a bildirldi ki, faktla bağlı cinayət işi başlanıb.

Milli.Az məlumat əldə etdi ki, O.Məmmədov yüksək vəzifəli məmurdur. O, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin Abşeron rayonu üzrə sosial müdafiə mərkəzində direktor işləyir. 

***

Oqtay Məmmədov Milli.Az-a açıqlamasında bildirdi ki, mənzilindən 200 min dollar oğurlanması həqiqətə uyğun deyil. 

Onun sözlərinə görə, mənzilindən cəmi 35 min manat pul, yoldaşına məxsus 6000 min manat dəyərində qızıl oğurlanıb: “Mənim pulum deyildi, oğlumun idi, iş görmək istəyirdi. Maşınını satmışdı. Dünən mən evdə olmayanda oğurluq edilib”.

***

APA-nın məlumatına görə, mənzildən 200 min ABŞ dolları, 190 min manat və 150 min manat dəyərində qızıl-zinət əşyaları naməlum şəraitdə oğurlanıb.