Azərbaycanda yaşayan ermənilərə xoş xəbər - Video

azerbaycanda-yasayan-ermenilere-xos-xeber-video
Oxunma sayı: 682

“Qafqazinfo” anspress-ə istinadən xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Rasim Musabəyov açıqlama verib. Amma millət vəkilinin sözlərinə görə, bunun üçün müəyyən şərtlər var. “Əgər gələcəkdə münaqişə həll edildikdən sonra onlar Azərbaycan vətəndaşlığını sübut edərlərsə, dövlətə öz sadiqliyini nümayiş etdirərlərsə, biz parlamentdə bu məsələyə yenidən baxa bilərik. Amma vətəndaş kimi onlar da öz öhdəliklərini yerinə yetirməlidirlər”.

Qeyd edək ki, Azərbaycan prezidentinin “Vətəndaşlara fərdi birdəfəlik ödəmələrin verilməsi haqqında” fərmanında milliyətindən asılı olmayaraq Azərbaycan vətəndaşı olan və 1992-ci ilə qədər keçmiş SSRİ Əmanət Bankında vəsaiti olan insanlara birdəfəlik fərdi ödəmə verilməsi nəzərdə tutulurdu. Amma bunun üçün 2012-ci ilin sonuna qədər müvəkkil bank olan “Kapital Bank”a müraciət etmək lazım idi. Müddət başa çatsa da, Dağlıq Qarabağ sakini olan ermənilərdən müraciətlərin daxil olması barədə məlumat yoxdur. “Kapital Bank”dan verilən məlumata görə, vaxtilə Azərbaycan vətəndaşı olan, sonradan ayrı-ayrı xarici ölkələrə köçmüş şəxslərdən fərdi birdəfəlik ödəmələrlə bağlı banka müraciətlər daxil olub. Fərmanla əlaqədar onlara da müəyyən hüquqi izahlar verilib. Lakin bu insanların milli mənsubiyyətləri barədə statistik araşdırma aparılmayıb.
Ekspertlər hesab edir ki, keçmiş SSRİ ölkələrində əmanətlər qaytarılarkən qanunda nəzərdə tutulan müddətə qədər müraciət etməyən, yaxud sonradan vətəndaşlığını dəyişən insanlara güzəşt edilməyib. Ekspert Qubad İbadoğlunun fikrincə, ermənilərə əlavə vaxt verməyə ehtiyac yoxdur. Vaxtında müraciət etməli idilər.

Xatırladaq ki, keçmiş SSRİ Əmanət Bankının Azərbaycan bankında 2 milyondan çox əmanət hesabı olduğu bildirilirdi. 31 dekabr 2012-ci il tarixinə qədər “Kapital Bank” tərəfindən 1.5 milyon əmanət hesabı üzrə ümumilikdə 555 milyon manata yaxın ödəniş aparılıb. 30 500-dən çox əmanət hesabı üzrə ödənişlərin aparılmasına icazə verilib. Konpensasiyaların ödənməsi bu ilin sonunda başa çatmalıdır.