“Azərbaycanda yaxşı günlərim keçib” - Çexiyalı idmançı

azerbaycanda-yaxsi-gunlerim-kecib
Oxunma sayı: 929

Qadın voleyboluçulardan ibarət Çexiya millisinin kapitanı Aneta Havliçkova ölkəmizdə keçiriləcək Avropa çempionatı öncəsi açıqlama verib. “Qafqazinfo”nun məlumatına görə, o, Bakı “Lokomotiv”ində oynadığı günləri də xatırlayıb: 

 “Azərbaycanda çox yaxşı günlərim keçib. Yenidən ölkənizdə olduğum üçün şadam. Ancaq bu Gəncəyə ilk səfərimdir. Hər şey yaxşıdır. Buranı o qədər də gəzməyə vaxtımız olmayıb.

Dünya çempionatının seçmə mərhələsində Azərbaycan çox yaxşı oynadı. Həmin səviyyədə çıxış etsə, komandanız yüksək yerlərdən birini tuta bilər. Ümid edirəm ki, mübarizəni Bakıda davam etdirə biləcəyik. Ancaq qrupda qalsaq, komandamla birgə Bakını görmədən vətənimizə qayıtmağa məcburam”.