Azərbaycanda yeni Agentlik yaradıldı

azerbaycanda-yeni-agentlik-yaradildi
Oxunma sayı: 7823

Naxçıvan Muxtar Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin əsasında Muxtar Respublikanın Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi yaradılıb.
 
“Qafqazinfo”nun məlumatına görə, bununla bağlı bu gün Ali Məclisin sədri Vasif Talıbov müvafiq sərəncam imzalayıb.

Nazirlər Kabinetinə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin əsasnaməsinin layihəsini, strukturu və işçilərinin say həddi barədə təkliflərini hazırlayıb Ali Məclisin sədrinə təqdim etmək, sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

V. Talıbovun digər fərmanına əsasən Bəxtiyar Məmməd oğlu İsmayılov Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin direktoru təyin edilib.

Qeyd edək ki, B. İsmayılov bundan əvvəl Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb.