Azərbaycan Prezidenti İlham Əliyev Ağsu rayonuna səfəri çərçivəsində İdman Kompleksinin açılışında iştirak edib.
“Qafqazinfo”nun məlumatına görə, dövlət başçısı kompleksin rəmzi açılışını bildirən lenti kəsib.
Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan kompleksin tikintisinə 2013-cü ilin may ayında başlanıb.
Kompleksdə idmanın bir çox növləri ilə məşğul olmaq üçün hərtərəfli şərait yaradılıb.
Prezident kompleksin üzgüçülük hovuzu, taekvondo və boks zalında yaradılan şəraitlə də maraqlanıb.





Son xəbərlər
Son Xəbərlər