“Qafqazinfo” xəbər verir ki, “Rapid TV News” gündəlik xəbər saytı Azərbaycan Respublikası Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) “Over-The-Top” texnologiyası üzərindən istifadəyə veriləcək yeni internet televiziya xidməti haqda yazıb. Məqalədə deyilir ki, bu xidmət nazirliyin Məlumat Hesablama Mərkəzi tərəfindən yanvarın 15-də istifadəyə veriləcək. İlkin mərhələdə yeni texnologiya vasitəsilə 44 televiziya kanalına baxmaq mümkün olacaq. Xidmətin tarifi ayda 6 AZN təşkil edəcək və Azərbaycanda yayımlanan mövcud 23 milli və 12 regional televiziya kanallarının sayını artıracaq.
Məqalədə, həmçinin RİTN-in 2012-ci ilin son ayına olan statistikasına əsasən Azərbaycan əhalisinin 70 fazinin internet istifadəçisi olduğu vurğulanıb.