Azərbaycanda yeni klub yarandı -

azerbaycanda-yeni-klub-yarandi-
Oxunma sayı: 1820


"Qafqazinfo" qurumun saytına istinadən xəbər verir ki, bu qərarlar qəbul olunub:

Peşəkar Futbol Liqasının müraciətinə əsasən “Rəvan” FK-nın 2015-2016-cı il mövsümü üçün Premyer Liqa yarışlarında iştirakı ilə bağlı müraciəti qəbul olunsun;

2016-2017-cı il mövsümü üçün lisenziyalaşdırma üzrə qaydalar təsdiq edilsin;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Kəpəz Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Turan Tovuz  Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının “Zaqatala Peşəkar Futbol Klubu” İctimai Birliyinin təsis olunmasında digər futbol qurumları ilə birgə təsisçi qismində iştirakı təmin olunsun;

“Qafqazinfo”