Azərbaycanda yeni körpü istifadəyə verildi - Foto

azerbaycanda-yeni-korpu-istifadeye-verildi-foto
Oxunma sayı: 650

"Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, bu gün Qaraçay üzərində inşa olunan, uzunluğu 115 metr, hərəkət hissəsinin eni 18 metr, səkiləri 1,5 metr olan yeni körpü istismara verilib.

Mürsəliyev bildirib ki, bu il aprelin 18-də sel daşqınları nəticəsində həmin körpü qəzalı vəziyyətə düşdüyündən Nəqliyyat Nazirliyinin tapşırığı ilə yeni müasir tələblərə cavab verən körpünün tikintisi qərara alınmışdı. Həmin vaxtdan da körpünün tikintisinə başlanılmışdı.

Qeyd edək ki, Qaraçay üzərindəki eni 90,36 metr, qabariti 8 metr olan əvvəlki körpü 1972-ci ildə inşa olunub.