Azərbaycanda yeni məhkəmə sədrləri- - Sərəncam+Siyahı

azerbaycanda-yeni-mehkeme-sedrleri-
Oxunma sayı: 6727


“Qafqazinfo” xəbər verir ki, sərəncamla aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar birinci instansiya məhkəmələrinin hakim və sədrləri təyin ediliblər:

Abbasov Natiq Mehdi oğlu - Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi və sədri;

İbrahimov Zamin Vəliyəddin oğlu- Astara Rayon Məhkəməsinin hakimi və sədri;

Quliyev İnşallah Fərrux oğlu - Şəki Rayon Məhkəməsinin hakimi və sədri.

Aşağıdakı hakimlərin isə vəzifələri dəyişdirilib:

Nuriyev Mehman Bağış oğlu Şəki Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Şirvan İnzibati-iqtisadi Məhkəməsinin hakimi və sədri təyin edilib;

Abdurəhmanlı İsmayıl Xudaverdi oğlu Astara Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Goranboy Rayon Məhkəməsinin hakimi və sədri təyin edilib;

Hüseynov Fikrət Cilingir oğlu Göygöl Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-iqtisadi məhkəməsinin hakimi təyin edilib;

Rzayev Kamil Allahqulu oğlu Ağstafa Rayon Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi təyin edilib.

Həmçinin, aşağıdakı hakimlərin vəzifələri dəyişdirilib:

Nəsirov Vidadi Zahid oğlu Goranboy Rayon Məhkəməsinin hakimi və sədri vəzifəsindən azad edilərək Gəncə Hərbi Məhkəməsinin hakimi təyin edilib;

İbrahimov Cavad Cavanşir oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Ağstafa Rayon Məhkəməsinin hakimi təyin edilib;

Məmmədov Rafiq Rəşid oğlu Gəncə İnzibati-İqtisadi Məhkəməsinin hakimi vəzifəsindən azad edilərək Göygöl Rayon Məhkəməsinin hakimi təyin edilib.