Azərbaycanda yeni portal fəaliyyətə başlayıb

azerbaycanda-yeni-portal-fealiyyete-baslayib
Oxunma sayı: 643

“Qafqazinfo”nun məlumatına görə, www.afn.az portalı oxucularına dünyada, regionda və ölkədə baş verən yalnız iqtisadi və maliyyə xəbərlərini təqdim edəcək. Portal operativ və tərəfsiz olaraq öz oxucu auditoriyasına dünyada, regionda və Azərbaycanda baş tutan iqtisadi hadisələri, biznes forumları və keçirilən iqtisadi və maliyyə tədbirləri ilə tanış olmaq imkanı yaradır.

Portalın təqdimatında aylıq, rüblük və illik statistik məlumatlar, hesabatlar da yer alacaq.

Azerbaijan Financial News müxtəlif məsələlərə aid iqtisadçı ekspertlərin fikir və münasibətləri, ekspert rəyləri ilə bərabər, oxucularına gün ərzində portalda yayımlanan hər bir xəbərə öz münasibətini (kommentini) vermək, hər bir məsələ ilə bağlı şəxsi mövqeyini bildirmək imkanı da verir.

Nigar