Azərbaycanda yeni radio açılır

azerbaycanda-yeni-radio-acilir
Oxunma sayı: 644

MTRŞ-dan “Qafqazinfo”ya verilən məlumata görə, iclasda "Televiziya və radio yayımı haqqında" Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin tələblərinə uyğun olaraq yeni regional radio yayım proqramının açılması üçün Gəncə və ətraf ərazilərdə radio üzrə 93.3 MHz işçi tezliyinə 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək müsabiqə elan edilməsi barədə qərar qəbul edillib.

Müsabiqə üçün tələb olunan sənədlər 22 oktyabr 2012-ci il tarixdən 22 noyabr 2012-ci il tarixədək (şənbə və bazar günləri istisna olmaqla) Milli Televiziya və Radio Şurasının inzibati binasında saat 1000-dan 1800-dək qəbul ediləcək.