Azərbaycanda yeni serial çəkilir – “Adı yox”

azerbaycanda-yeni-serial-cekilir-adi-yox
Oxunma sayı: 850

Yerli kanallarla yanaşı, prodakşnlar da bu işdə maraqlıdırlar. Məlumata görə, Bravo studiyası bu günlərdə yeni televiziya serialının çəkilişlərinə başlayıb. “Adı yox” teleserialının çəkilişləri ən yüksək keyfiyyətli, dünya standartlarına uyğun texniki avadanlıqlarla aparılır. Elə bu səbəbdən də ekran əsəri büdcəsinə görə ən bahalı seriallar sırasındadır.

Yaradıcı qrupun “Qafqazinfo”ya verdiyi məlumata görə, serialda Azərbaycanın xalq artistləri, tanınmış aktyorlarla yanaşı əcnəbi simalar da çəkiləcək. Baş rollarda NEXT qrupunun eks üzvü Seyran Babayevlə bərabər aktyorlar Cövdət Şükürov və Ləman Abbaszadə rol alıb.

Nigar Məmmədli