Azərbaycanda yeni yol istifadəyə verildi

azerbaycanda-yeni-yol-istifadeye-verildi
Oxunma sayı: 4321

Azərbaycan prezidenti İlham Əliyev avqustun 25-də İsmayıllı rayonuna səfəri çərçivəsində Muğanlı-İsmayıllı-Mingə-Keyvəndi-Şəbiyan-Bəhliyan avtomobil yolunun açılışında iştirak edib.

“Qafqazinfo” xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov prezident İlham Əliyevə məlumat verib ki, uzunluğu 9 kilometr, hərəkət hissəsinin eni isə 6 metr olan yol dördüncü texniki dərəcəyə aiddir. İki hərəkət zolaqlı yola asfalt-beton örtüyü çəkilib. Yol üzərində suötürücü borular, siqnal dirəkləri, yol nişanı və göstərici lövhələr quraşdırılıb, yol cizgi xətləri çəkilib.

İlham Əliyev yeni yolun rəmzi açılışını bildirən lenti kəsib.