“Azərbaycanda yoxsulların sayı düzgün hesablanmayıb”

azerbaycanda-yoxsullarin-sayi-duzgun-hesablanmayib
Oxunma sayı: 2752

“Statistika Komitəsinin siyahıyaalma zamanı buraxdığı səhv bizə pandemiya dövründə baha başa gəldi. Əgər siyahıyaalınma düzgün aparılsa idi, biz bu gün bunu yaşamazdıq. Yoxsul əhali ilə bağlı aparılan uçot doğru olmalı idi”.

“Qafqazinfo” xəbər verir ki, bunu deputat Əli Məsimli parlamentdə çıxışında deyib.

Ə. Məsimli təklif edib ki, ünvanlı dövlət sosial yardımın əhatə dairəsi genişləndirilməlidir: “Pay torpaq sahəsi olan insanların da ünvanlı sosial yardım alması təmin olunması mümkündür. Pay torpağı olan insanlara ünvanlı sosial yardım verilməməsi məntiqə sığmayan addımdır. Həmçinin gəlirlər yaşayış minimumundan və ehtiyac meyarından aşağı olan əhaliyə də ünvanlı dövlət sosial yardımı verilməlidir. Bundan əlavə, ehtiyac meyarı da aradan qaldırılmalıdır. Bu qondarma bir şeydir”.

Günel Türksoy