“Azərbaycanda yoxsulluğun həddi 5 faizdir“

azerbaycanda-yoxsullugun-heddi-5-faizdir
Oxunma sayı: 830


“Qafqazinfo” xəbər verir ki, iclasda çıxış edən spiker Oqtay Əsədov qeyd edib ki, Azərbaycanda ötən ildə də makroiqtisadi sabitlik qorunub saxlanılıb. ÜDM istehsalında 2,8 faiz artım olub. Ölkənin qeyri neft sektorunda artım 7 faiz təşkil edib. Ölkənin iqtisadi artımı qeyri neft sektounun inkişafına təmin edilib. Ölkədə həyata keçirilən layihələrin reallaşdırılması üçün cəlb olunan investisiyaların 59 faizi daxili, 41 faizi xarici investisorların üzərinə düşüb. Bu da iqtisadiyyatın şaxələndirilməsinin əyani nəticəsidir. Valyuta ehtiyatlarımız 50 milyard olub. Bu da üç illik idxalın cəminə bərabərdir, Xarici ticarətin 47 faizi Avropa ölkələrinin payına düşür. İşçilərin orta əməkhaqqı 4,5 dəfə artaraq 444 manat olub. Yoxsulluğun həddi 5 faiz olub.