Azərbaycanda zəlzələ oldu- - Yenilənib

azerbaycanda-zelzele-oldu-
Oxunma sayı: 10081


Bir neçə dəqiqə əvvəl Bakıda hiss olunacaq səviyyədə zəlzələ baş verib. “Qafqazinfo” xəbər verir ki, bir anda zəlzələnin baş verməsi ilə bağlı sosial şəbəkələrdə 100-lərlə statuslar yazılıb.

Zəlzələ güclü olmasa da, ofislərdə və binalarda titrəyişlər hiss olunub. Hələlik rəsmi açıqlama verilməyib.

Zəlzələ ölkənin bir çox ərazilərində hiss olunub.

***

Paytaxtda bəzi binalarda təşvişə düşən əhali evlərini tərk edib.


***

AMEA Respublika Seysmoloji Xidmət Mərkəzindən APA-ya verilən məlumata görə, zəlzələ fevralın 10-da Şamaxı rayonu ərazisində qeydə alınıb.

 30 km dərinlikdə baş verən zəlzələnin maqnitudası 5.80 olub.

 Qeyd edək ki, yeraltı təkanlar paytaxt Bakıda və ölkənin digər ərazilərində hiss olunub.

 Tikintilərdə dağıntı və itki barədə məlumat yoxdur.