Azərbaycanda zəlzələ baş verib.
Respublika Seysmoloji Xidmət Mərkəzindən “Qafqazinfo”ya verilən məlumata görə, yerli vaxtla 18:54-də Nardarandan 24 km şimalda, Xəzər dənizində zəlzələ qeydə alınıb.
Yeraltı təkanlar dəniz kənarı yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 2,7, dərinliyi 5 km olub.
Qeyd edək ki, Sumqayıt şəhər sakinləri də sosial şəbəkədə zəlzələni hiss etdiklərinə dair məlumat paylaşıblar.
Son xəbərlər
Son Xəbərlər